Çelenc kubokunda mübarizə aparan kişi voleybolçulardan ibarət “Xarı Bülbül Şuşa” klubu  bu gün 1/16 final mərhələsində ilk matçına çıxıb. "Rekord.az" xəbər verir ki,  Voleybol Mərkəzində baş tutan qarşılaşmada komandamızın rəqibi Yunanıstanın “Panathinaikos ATHENS” klubu olub. 
Görüş qonaqların üstünlüyü ilə keçib. İlk setdə 25:20 hesabı ilə qalib gələn yunanlar sonrakı hissələri 25:17 və 25:20 hesabları ilə üstün başa vuraraq matçın qalibi olublar - 3:0. 
Cütün cavab oyunu noyabrın 29-da Yunanıstanda keçiriləcək.


Çelenc kuboku
21.11.2023
1/16 final (birinci oyun)

   “Xarı Bülbül Şuşa” - “Panathinaikos ATHENS” 0:3 (20:25, 17:25, 20:25)