Ermənistanın işğalından azad olunmuş Şuşa və Ağdam şəhərlərinin komandaları AFFA-nın layihəsi olan Region Liqasında mübarizə aparacaq.

Rekord.az xəbər verir ki, bu barədə AFFA-nın “Facebook”dakı rəsmi səhifəsi məlumat yayıb.

Bildirilib ki, bu şəhərlərin təmsilçiləri 2022/23 mövsümündən Region Liqasında çıxış edəcəklər.