"Qəbələ"nin baş məşqçisi Kaxaber Sxadadze həmyerlilərinin Avropa çempionatının final mərhələsinə yüksəlməsini şərh edib.

Rekord.az-a açıqlama verən gürcü futbolçu, "Azərbaycanın final mərhələyə vəsiqə qazanması üçün hansı addımlar atmalıdır?" sualını cavablandırıb.

Sxadadze uşaq futbolunu önə çəkib: "Gürcüstan futbolunda da bir ara eniş yaşandı. Lakin sonradan fderasiya rəhbərliyi düzgün plan quraraq, komandanı bu vəziyyətdən çıxardı. İstənilən bir məsələdə planlı iş, sistem qurulmalıdır. Mənim fikirimə görə, ilk növbədə uşaq futbolundan başlamaq lazımdır. Gürcüstan Futbol Federasiyası Gürcüstan millisi üçün yeni baza tikdi. Azərbaycanda da uşaq futboluna ciddi qayğə göstərilməlidi. Bu gün bu qayğını "Qəbələ" göstərir, amma bu komanda da I Liqaya düşür, bu boyda baza, infrastruktur Premyer Liqasız qalır. Milli komandanın inkişafı üçün həm də vahid sistem qurulmalıdır. Əsas komanda hansı sistemlə oynayırsa, digər millilər də həmin sistemlə oynamalıdır. Futbol menecmentliyi deyilən bir şey var, məncə, Azərbaycanda da bu sahə yüksək səviyyədə olmalıdır".