Transfer çalışmalarını davam etdirən “Kəpəz” növbəti keçidi rəsmiləşdirib. 


Rekord.az xəbər verir ki, klub Tacikistan milli komandasının yarımmüdafiəçisi Şervoni Mabatşoevlə müqavilə imzalayıb.


24 yaşlı futbolçu ilə "6 ay + 1 il” müddətinə müqavilə bağlanıb.


Karyerasında ilk dəfə legioner həyatı yaşayan Şervoni buna qədər vətənində çıxış edib. Onun son klubu “İstiklol” olub.


Mabatşoev yığmasının heyətində 29 oyuna çıxıb, 6 qol vurub.