Taekvandoçularımız Qazaxıstandan medallarla döndü
- 27 İyl 2024 16:33
- 496
26-28 iyul tarixində Qazaxıstanın Aktau şəhərində taekvondo üzrə keçirilən kiçikyeniyetmələr, yeniyetmələr və gənclərdən ibarət “Jhas-Batur” Açıq Respublika Turnirinə Azərbaycanın Ümid, Fərasət (3) və Təhsil (1) Taekvondo klublarından 18 idmançı qatıldı.
Rekord.az xəbər verir ki, Kiçik Yeniyetmələrin Baş Məşqçisi, Ümid Taekvondo Klubunun rəhbəri, Avropa Çempionu İlkin Şahbazovun təşəbbüsü və başçılığı altında azərbaycanlı idmançılar 23 iyul tarixində Qazaxıstanın Aktau şəhərinə yola düşdülər, gündəlik intensiv məşqlər, yarışa hazırlığı tamamlayaraq 26 iyul tatamiyə çıxdılar.
Günün sonunda 10 qızıl, 3 gümüş, 5 bürünc medalla yarışı tamamlayaraq, fəxri kürsüyə çıxdılar. İdmançılarımızı yaxından tanıyaq:
Qızıl medal - İsmayıllı Mehriban, Mürvətov Əhməd, Azayeva Esmanur, Şahbazov Ümid, İsmayıllı Dəniz, Məmmədzadə Coşqun, Hüseynov Yunis, Dostuyev Bahadur, Əliyeva Gülay, Mehdi Budaqlı
Gümüş medal - Abışov Amin, Səmədov Rəsul, Məmmədov Hüseyn
Bürünc medal – Qafarzadə Selin, Babapur Akel, Mürvətova Nərmin, Mehdiyev Əli, Məhərləmli Fuad
İdmançılarımıza uğurlar arzulayır, nailiyyətlərinin davamını diləyirik.