Azərbaycan Taekvondo Federasiyasının (ATF) inzibati binasında məşqçi-müəllimlərin seminarı başlayıb.

Rekord.az xəbər verir ki, ATF-nin texniki direktoru Oh Kvanq Çeolun rəhbərlik etdiyi təlimlərə III və daha yuxarı dan dərəcəsinə sahib 42 mütəxəssis qatılıb.

Seminardan öncə ATF-nin vitse-prezidentləri Hikmət Səmədov və Niyaməddin Paşayev məşqçi-müəllimlərlə görüşüblər. Onlarla fikir mübadiləsi aparan vitse-prezidentlər çalışdırıcılara uğurlar arzulayıblar.

Qeyd edək ki, seminar yanvarın 26-da başa çatacaq.