Rusiyanın paytaxtı Moskva şəhərində taekvondo üzrə qran-pri turnirinin final mərhələsi keçiriləcək.

Rekord.az xəbər verir ki, Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidentləri Nağı Səfərov və Niyaməddin Paşayevin rəhbərliyi ilə taekvondoçularımız həlledici mərhələyə qatılmaq üçün bu gün Moskva şəhərinə yollanır.

Baş məşqçilər Reza Mehmandosut və Elnur Amanovun sərəncamında olan idmançılardan Cavad Ağayev (68 kq), Milad Beigi Hərçəqani (80 kq) və Radik İsayev (80 kq yuxarı) çəki dərəcəsində mübarizəyə qoşulacaq. 42 ölkədən 128 idmançının qatılacağı yarışlar Moskvanın “Dinamo” idman sarayında 6-7 dekabr tarixlərində baş tutacaq.

Qeyd edək ki, dünyanın reytinqli 16 kişi və qadın taekvandoçuların mübarizə aparacağı final mərhələsinin mükafatçıları aktivlərinə müvafiq olaraq 80, 48 və 28.8 reytinq əlavə edəcəklər.

Komandamız dekabrın 8-də vətənə dönəcək.