Taekvondoçularımızdan 3 qızıl, 3 bürünc medal
- 04 Fev 2020 14:20
- 898
Türkiyənin İstanbul şəhərində təşkil olunan “Turkish Open” G1 kaetoqriyalı turnirdə təmsil olunan Azərbaycanın böyüklərdən ibarət yığma komandasının üç üzvü qızıl medala sahib olub.
Rekord.az xəbər verir ki, milli komanda üçün ilin ilk yarışı olan açıq çempionatda 68 kq çəki dərəcəsində dayanq üzərinə çıxan Cavad Ağayev, Milad Beigi (80 kq) və qadın taekvondoçu Fəridə Əzizova (67 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Məhəmməd Məmmədov (80 kq), Payam Qobadi Oğaz (87 kq) və Radik İsayev (87 kq yuxarı) isə bürünc medalla kifayətlənib.
Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev, baş məşqçilər Reza Mehmandoust və Elnur Amanovun rəhbərliyi ilə yarışa qatılan komandamızla birlikdə beynəlxalq dərəcəli hakimlər Ramal Camalov, Elşad Məmmədov, Coşqun Nadirov və Aygül Abdullayeva da ölkəmizi layiqincə təmsil edib.