![photo](https://www.rekord.az/storage/news/2025_02_13/e3027e1d_31f1_3178_979d_e77857e7864e_850_1739439501.jpg)
Taekvondoçularımızdan beynəlxalq turnirdə 6 medal
- 14:45
- 35
Azərbaycanın yeniyetmə tekvondoçuları Birləşmiş Ərəb Əmirliklərində keçirilən “Fujairah Open” beynəlxalq turnirində 6 medal qazanıblar.
Rekord.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, medallardan ikisinin əyarı qızıl, biri gümüş, üçü isə bürünc olub.
Elmira Bayrak (41 kq) və Fuad Həsənov (+65 kq) qızıl, Fidan Muxtarzadə (29 kq) gümüş, Mədinə Aslanlı (29 kq), Rüqəyya Əliyeva (33 kq) və Elmir Səlimov (53 kq) bürünc medal əldə ediblər.