![photo](https://www.rekord.az/storage/news/2025_02_11/e9bb5cdc_b427_3eea_bf6d_1d2dd7f25e9d_850_1739275480.jpg)
Taekvondoçumuz Türkiyədə gümüş medal qazandı
- 16:20
- 44
Azərbaycan taekvondoçusu Ülvi Məmmədov (37 kq) Antalya şəhərində keçirilən "Turkish Open" beynəlxalq turnirində gümüş medal qazanıb.
Rekord.az xəbər verir ki, “Kristal Abşeron” klubunun üzvü finala qədər 5 rəqibini üstələyib.
Təmsilçimiz həlledici mərhələdə türkiyəli rəqibinə uduzaraq fəxri kürsünün ikinci pilləsinə yüksəlib.