Tahir Gözəl: “Sevindirici haldır ki, klubdan ayrılan legionerlər qarabağlı olduqlarını göstərirlər”
- 22 İyl 2020 19:20
- 541
İyulun 12-dən Ermənistanın Tovuz rayonu istiqamətində növbəti hərbi təxribatları başlamışdır.
Rekord.az xəbər verir ki, bu təxribata “Qarabağ”ın sabiq legionerləri biganə qalmayıb və öz sosial şəbəkələrində hər zaman Azərbaycanın yanında olduqlarını vurğulayıb. “Qarabağ”ın prezidenti Tahir Gözəl həmin legionerlərə klubun mətbuat xidməti vasitəsiylə öz təşəkkürünü bildirib:
“Qarabağ” Futbol Klubu olaraq əsas məqsədimiz Qarabağ həqiqətlərini tanıtmaqdır. İlk məqsədimiz də bu ideologiyanı futbolçulara aşılamaqdır. Sevindirici haldır ki, klubumuzdan ayrılan legionerlər Qarabağ həqiqətlərini təbliğ edir və qarabağlı olduğunu göstərirlər. Hər birinə təşəkkür edirəm ki, bir dünya vətəndaşı kimi bu təxribatlara laqeyd yanaşmırlar”.