Tahir Süleymanov Elxan Məmmədovla niyə görüşüb?
- 14 Okt 2019 17:00
- 1268
Sabiq FİFA referisi Tahir Süleymanovun ötən həftə AFFA-nın baş katibi Elxan Məmmədovla görüşməsi müəyyən söz-söhbətə yol çaçıb.
Rekord.az xəbər verir ki. ara-sıra qurumun ünvanına sərt sözlər deyən Süleymanovun baş katiblə görüşünün iş təklifi ilə bağlı olduğu deyilir.
Söylənənlərin nə dərəcə real olduğunu aydınlaşdırmaq üçün Tahir bəylə əlaqə saxladıq. Sabiq FİFA referisi baş katiblə görüşünün təbii hal olduğunu bildirdi: “AFFA Azərbaycan futbolunun evidi, iqamətgahıdı. Federasiyada belə görüşlərin keçirilməsi normaldı və burda gizli bir iş yoxdu. Baş katib Elxan Məmmədovun dəvəti ilə baş tutan görüşdə müəyyən fikir mübadiləsi apardıq, müzakirələrimiz oldu. Geniş təfsilata ehtiyac görmürəm. Dəvətlər AFFA-dan, futbola aid başqa qurumlardan olub, bu gün də var. Peşəkarlıqda fərqli olur və müxtəlif dəvətləri qəbul edib-etməmək hüququmuz var. Doğrusu da budu. Ölkə futbolunda belə yanaşma nadir hallarda olur deyə, müəyyən ictimai əks-səda doğura bilir. Yeganə bir məqamı qeyd edə bilərəm ki, heç vaxt iş xatirinə, nələrəsə görə çalışmamışıq. Futbolda ideyalarımız, görülən işlə bağlı iddialarımız hər zaman olub və olacaq. Reallıqdan gələn bacarıq və iddia olmadan hansısa uğurun qazanılması mümkünsüzdü. Buna uyğun addımlar atırıq. Əsas Azərbaycan futbolunun xilası, dirçəlməsi, layiq olduğu yerə gəlməsidi. Bu yolda əməyimizi, köməyimizi göstərməyə hər zaman hazırıq”.