Tahir Süleymanovdan Dabo qalmaqalına reaksiya: "Çempion olmaq istəyirəm, bacarmırsız!"
- 17 İyn 2020 12:00
- 826
"Sona kimi çempionluq uğrunda mübarizə aparılacaq"…
Olacaq yox, mübarizə aparılacaq, yəni, cəhd ediləcək…
Çempionatın davamına və çempionluğa çox ciddi "hazırlıq" gedir…
Çempionluğu "əngəlləyən" uşaq futbolunda da ingilissayağı məşqçilər göndərilir…
"Neftçi TV" də fəaliyyətini genişləndirir, artıq çempionluq yolu da açıqdır…
Təxribatlara uymayın…
Forma məsələsi rəqibə psixoloji təsir üsuludur, rəhbərlik tərəfindən yeni "kəşf" edilib...
Təəccüb doğurmamalıdır. Klub prezidenti, rəsmiləri iki mövsümdür stadionlarda, rəqib çempionluqları önündə ikinci-üçüncülük medallarını boyunlarından asıb, "uğurlardan" dəm vura, fanatları təhqir edən hücumçu müdafiə edilə bilər.
Belə durumda futbolçu forma geyinə bilməz?!
Digər tərəfdən, kluba da mesajdır: "Çempion olmaq istəyirəm, bacarmırsız!".
Vaxt var idi, rəqib futbolçuların özləri bazaya gəlib, "Neftçi"də oynamaq istəklərini bildirirdilər.
Tahir SÜLEYMANOV