Türkiyə Ağırlıqqaldırma Federasiyasının prezidenti Talat Ünlü hazırda Türkiyədə təlim-məşq toplanışında olan yığma komandalarımızı ziyarət edib.

Rekord.az xəbər verir ki, o, millimizin düşərgəsinə gələrək 12-20 fevral tarixlərində Bolqarıstanda keçiriləcək Avropa çempionatına və digər beynəlxalq yarışlara hazırlaşan idmançı və məşqçi heyətimizlə görüşüb, onlarla söhbət edib.

Ünlü Türkiyə və Azərbaycan yığma komandalarının birgə toplanış keçməsinin müsbət məqam olduğunu, daha böyük uğurlara gətirib-çıxaracağına və  qardaş ölkələrin qitə və dünya çempionatları, həmçinin Olimpiya Oyunlarında birlikdə qələbələr yaşayacağına əminliyini bildirib.