
“Tam olaraq gücümüzü göstərə bilmədik” - Kurtinaytis
- 26 Apr 2025 19:40
- 40
“Sabah”ın baş məşqçisi Rimas Kurtinaytis Azərbaycan Basketbol Liqasının yarımfinal mərhələsində “Şəki”yə qarşı keçirdikləri ilk görüşdən sonra fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, paytaxt təmsilçisinin baş məşqçisi klubun mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:
“Qələbə qazansaq da, psixoloji baxımdan asan oyun deyildi. Bu gün tam olaraq gücümüzü göstərə bilmədik. Əsas odur ki, qələbə qazandıq. Bir qədər səhvlərə yol verdik. Bəzi epizodlarda daha yaxşı çıxış edə bilərdik. Rəqib oyuna yaxşı hazırlaşmışdı. Şəkidəki oyuna hazırlaşacağıq”.
“Sabah”la “Şəki” arasındakı ilk yarımfinal matçı Bakı klubunun 86:73 hesablı qələbəsi ilə yekunlaşıb.