“Tam toparlanmaq üçün vaxt lazımdır” - Bojoviç
- 18 Fev 2024 21:26
- 242
“Neftçi”nin baş məşçqisi Miodraq Bojoviç Azərbaycan Premyer Liqasının 23-cü turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunla bağlı fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri matçı belə şərh edib:
“Oyun çətin keçdi. “Zirə” komanda şəklində oynayır. Bilirdik ki, az qol buraxırlar. Rza bir neçə epiozdda inamlı oynadı və bizi qollardan xilas etdi. 28 gündə 7 oyun keçirmişik. Deyə bilərik ki, 4 gündən bir matçımz olub. Komandaya məşqçi təyin olunanda zədəli oyunçular var idi. Konte, Moreno fasilənin bitməsinə 2 gün qalmış komandaya qoşuldu. Qara və Ozobiç çoxdandır oynamırdılar. Tam toparlanmaq üçün vaxt lazımdır”.
Bojoviç “Qarabağ”ın Avropa Liqasında “Braqa” üzərində qələbəsindən də danışıb:
“Qarabağ” Azərbaycan futbolunun nümayəndəsidir. Avropadakı qələbə Azərbaycan futbolunun səviyyəsini qaldırır. Burada işlədiyim müddətdə Avropada çıxış edən Azərbaycan klubunu dəstəkləyəcəm. Amma öz aramızda olan oyunda təbii ki, "Neftçi"nin qələbəsini istəyirəm”.