Tanınmış futbol adamı "İrəvan"dan ayrıldı
- 07 Sen 2023 16:00
- 530
Hay-küylü təqdimatdan sonra "İrəvan"la bağlı ancaq xoşagəlməz söhbətlərə, qalmaqallara şahidlik edirik.
Rekord.az xəbər verir ki, klubun güclü maliyyə dayaqlarının olduğu deyilsə də, hələlik bunlar da görünmür.
Daha öncə "kişi sözü" ilə düşərgəyə dəvət oluna bir sıra futbolçular da düşərgəni tərk edib. Bu arada, aldığımız son məlumata görə, klubun idarə heyətinin üzvlərindən olan Alı Alıyev də "İrəvan"ı tərk edib. Səbəb kimi onunla klub rəhbərliyi arasında ciddi fikir ayrılığının yaranması göstərilib.