Müdafiəçi Aleks Telles karyerasını Braziliya çempionatında davam etdirəcək.

Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, braziliyalı futbolçunun yeni komandası “Botafoqo”dur. O, Braziliya klubuna azad agent kimi qoşulub.

Bundan əvvəl Telles Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu ilə müqaviləsini tamamlayıb.

31 yaşlı futbolçu Avropada “Qalatasaray”, “İnter”, “Portu”, “Mançester Yunayted” və “Sevilya” kimi klublardakı çıxışları ilə tanınır. Telles Braziliya millisində 12 oyunda iştirak edib.