Tanınmış futbolçu əməliyyat olundu
- 07 Sen 2024 17:00
- 134
“Betis”də çıxış edən yarımmüdafiəçi İsko ayağındakı sınıq səbəbindən əməliyyat olunub.
Rekord.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb:
“İsko Madriddə sol fibulasının sınığından sonra əməliyyat olunub. Sınıq sahəsi təmizlənib. O, stresssiz ilkin mərhələyə ehtiyac duyacaq, bundan sonra reabilitasiya mərhələsindən keçəcək”.
32 yaşlı ispaniyalı futbolçu ötən mövsüm “Betis”in heyətində 36 matçda iştirak edib, 9 qol vurub və 6 məhsuldar ötürmə verib. O, İspaniya La Liqasının 36-cı turunun “Las Palmas”la oyununda (2:2) ayağını qırıb.