Tanınmış futbolçu İsveçrə klubunda
- 18:00
- 41
Fransa yığmasının sabiq üzvü Benjamin Mendi “Sürix”ə keçib.
Rekord.az İsveçrə klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, fransalı futbolçunun yeni klubu ilə müqaviləsi 30 iyun 2026-cı ilə qədərdir.
Müqavilənin maliyyə detalları məlum deyil.
Mendi əvvəllər “Mançester Siti”də çıxış edib. O, Fransa millisinin heyətində 2018-ci ilin dünya çempionudur. 30 yaşlı müdafiəçi “şəhərlilər”dən başqa, “Monako”dakı çıxışı ilə də tanınır.