Tanınmış idmançı gənclərlə görüşdü, onlara təlim keçdi FOTOLAR
- 13 Avq 2021 11:30
- 736
Azərbaycan Respublikasının Gənclər Fondu və “CAVAN” Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşkilatçılığı və "İrəli" İctimai Birliyinin tərəfdaşlığı ilə "YayFest2021" festivalı keçirilib.
Rekord.az xəbər verir ki, “Vətənpərvərlik” düşərgəsinin üçüncü günündə düşərgə iştirakçılarına Xüsusi Təyinatlı Qüvvələrin zabiti Loğman Məmmədov “Silahla rəftar” mövzusunda təlim keçərək, silahla rəftar qaydaları, silahların döyüş xassələri və mexanizmləri ilə bağlı məlumatları gənclərlə bölüşüb.
Günün davamında Prezident mükafatçısı, Avrasiya Kombat Ciu-citsu Federasiyasının prezidenti, DİN-in İdman cəmiyyətinin baş məşqçi-müəllimi Rəsul Məmmədovun “Əlbəyaxa Döyüş” təlimi baş tutub. Təlimdə özünü müdafiə qaydaları, təhlükəli situasiyalarda istifadə olunmalı müdafiə fəndləri, eləcə də XTQ zabitlərinin hazırlıq-məşq prosessləri ilə bağlı bilik və bacarıqları iştirakçılara aşılayıb. Axşam sessiyasında Bakı Media Mərkəzinin hərbi fotomüxbiri Vüqar İbadov tərəfindən “Hərbi fotoqrafiya” mövzusunda baş tutmuş təlim ilə üçüncü gün uğurla yekunlaşıb. Qeyd edək ki, daim gənclərin hərbi vətənpərvər ruhda inkişafına fokuslanan “İrəli” İctimai Birliyinin tərəfdaşlığı ilə baş tutan layihə 9-13 avqust tarixləri arasında düşərgə şəraitində Şamaxı şəhərində həyata keçirilir.