Tanınmış idmançı "Playboy"a "yox" dedi FOTOLAR
- 06 Mar 2021 15:00
- 2176
İlk dəfə 2017-ci ildə "Busted Coverage" nəşrinin dünyanın ən cazibədar qadın idmançısı adlandırdığı yüngül atletdən - Alisa Şmidtən daha gözəlini axtarmaq müşkül məsələdi.
Rekord.az xəbər verir ki, o, ən cazibədar ünvanını indi də qoruyur.
Ancaq açıq-saçıq fotoları ilə "Instagram"dakı pərəstişkarlarını tez-tez məst edən 22 yaşlı alman daha çox karyerasını düşünür. Bu ay məşhur "Playboy" jurnalından fotosessiya təklifi alan Alisa "mənim üçün idmanda qazanacağım uğurlar daha vacibdir" deyərək çağırışı növbəti dəfə geri çevirib.