Tanınmış idmançıya DİN-də vəzifə verildi
- 21 Sen 2022 18:00
- 454
Tanınmış idmançı, polis polkovnik-leytenantı Eduard Məmmədov Daxili İşlər Nazirliyinin (DİN) İdman Cəmiyyətinin İdman-təlim şöbəsinin rəisi vəzifəsinə təyin edilib.
Rekord.az xəbər verir ki, bu barədə idmançının özü məlumat verib.
O bildirib ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Xatırladaq ki, DİN-in İdman Cəmiyyətinin sədri polis polkovniki Zemfira Meftahəddinovadır.