Tanınmış uşaq məşqçisi yenidən "Neftçi"yə qayıtdı
- 11 Avq 2023 11:00
- 942
Ölkənin tanınmış uşaq məşqçilərindən olan, ölkə futboluna saysız-hesabsız futbolçular bəxş edən İslam Kərimov bir müddət idi ki, "Neftçi"dən kənarlaşdırılmışdı.
Rekord.az xəbər verir ki, sabiq rəhbərlik səbəb kimi ona "sən sovetdən qalmış adamsan" demişdi.
Lakin klubdakı rəhbər dəyişikliyindən sonra Kərimov yenidən kluba geri dönüb. Lakin o, hələlik yalnız 9 yaşlı futbolçularla işləyir.
Qeyd edək ki, İslam bəy eyni zamanda I Qarabağ müharibəsinin iştirakçısı, müharibə veteranıdır.