İngiltərə Premyer Liqasının autsayder debütantı "Aston Villa” heyətinə yeni futbolçu qatıb.

Rekord.az xəbər verir ki, komanda “Genk”dən Mbvane Samatta ilə 4.5 illik müqavilə bağlayıb.

Məlumatı klubun rəsmi saytı yayıb. 27 yaşlı forvard cari mövsüm meydana çıxdığı Beçlika klubunda 28 oyuna 10 qol vurub.

 

Samatta millidə 51 görüşdə 18 dəfə fərqlənməklə həm də Tanzaniya yığmasının bombardiri və kapitanıdır.