Tarixi çempionluğu qazanan almanlar və Foqtsun xanımının seçimi AÇ-2024-ə doğru
- 02 İyn 2024 10:10
- 481
Futbol üzrə 10-cu Avropa çempionatı 1996-cı ildə İngiltərədə təşkil olundu. Sözügedən ölkənin səkkiz şəhəri 8-30 iyun tarixləri arası final mərhələyə ev sahibliyi etdi.
Bu Avropa çempionatı əvvəkilərdən xüsusi fərləndi. Belə ki, ilk dəfə Avropa çempionatının final mərhələsində 16 komanda iştirak etdi. Bundan başqa, ilk dəfə komandalara qələbəyə görə 2 yox, 3 xal verilməsinə qərar verildi. Bundna başqa, AVRO-96-da ilk dəfə "qızıl qol" qaydası tətbiq edildi.
Şübhəsiz ki, final mərhələdə komanda sayının ikiqat artması, oyun sayının da artması demək idi. Oyun sayının artımı isə öz növbəsində azarkeş sayının artımına səbəb oldu.İlk dəfə Avropa çempionatları tarixində turniri 1 milyon 275 min azarkeş izlədi.
Komanda sayının artırılmasına isə 30 noyabr 1992-ci ildə qərar verildi. UEFA növbəti Avropa çempionatında 8 yox, 16 komanda iştirak edəcəyinə qərar Verdi. Komanda sayının birdən birə 8-dən 16-a qaldırılması isə o dövrün zərurəti idi. Belə ki, Avropa xəritəsində SSRİ və Yuqoslaviyanın parçalanması nəticəsində yeni dövlətlər yaranmağa başladı. 47 yığma 15 yer uğrunda mübarizəyə qoşulacaqdı.
Seçmə mərhələnin püşkatması 22 yanvar 1994-cü ildə İngiltərənin Mançester şəhərində keçirildi.47 yığma 8 seçmə qrupa bölünərək mübarizəyə başladı. 1994-cü ilin aprelində start götürən seçmə mərhələ oyunları 1995-ci ilin dekabrına kimi davam etdi. Yeri gəlmişkən, Azərbaycan milli komandası da tarixində ilk dəfə həmin həmin bu seçmə mərhələ oyunlarında mübarizəyə başladı. Komandamız 1-ci qrupda Rumıniya, Fransa, Slovakiya, Polşa və İsraillə bir qrupda mübarizə apardı və qrupu 1 xalla sonuncu pillədə başa vurdu. Bu qrupdan isə final mərhələyə Rumıniya və Fransa vəsiqə qazandı. Reqlamentə görə qrup qalibləri və ikinci pilləni tutan ən yaxşı nəticəyə malik 6 komanda final mərhələyə vəsiqə qazandı.
Beləliklə, seçmə oyunlardan sonra aşağıdakı 16 komanda final mərhələyə vəsiqə qazandı:
Rumıniya, Fransa, İspaniya, Danimarka, İsveçrə, Türkiyə, Xorvatiya, İtaliya, Çexiya, Niderland, Portuqaliya, Almaniya, Bolqarıstan, Rusiya, Şotlandiya və ev sahibi İngiltərə.
Final mərhələsinin püşkatması 17 dekabr 1995-ci ildə İngiltərənin Birmingem şəhərinin Beynəlxalq Sərgi Mərkəzində keçirildi. Yalnız 4 komanda 1-ci səbət olaraq təyin edilmişdi: ev sahibi İngiltərə, kubokun son qalibi Danimarka eləcə də Almaniya və İspaniya yığmaları. Digər komandalar isə səbətlərə bölünməmişdi. Yəni istənilən komanda istənilən qrupa düşə bilərdi.
Püşkatmadan sonra AVRO-96-nın final mərhələsinin qrupları məlum oldu:
A qrupu: İngiltərə, İsveçrə, Niderland, Şotlandiya
B qrupu: İspaniya, Bolqarıstan, Rumıniya, Fransa
C qrupu: Almaniya, Çexiya, İtaliya, Rusiya
D qrupu: Danimarka, Portuqaliya, Türkiyə, Xorvatiya
İngiltərədə keçirilən Avropa çempionatı eyni zamanda bir məqamla da yadda qaldı. Belə ki, 1989-cu ildə baş vermiş “Hillsboro faciəsi”dən sonra Lord Telor tərəfindən azarkeşlərin stadionlardakı təhlükəsizliyinin qorunması haqqında hesabatı oldu və qərara alındı ki, bu ölkədə bütün stadionlarda ancaq oturacaları olan sistemə keçilməlidir. Turnirə isə ölkənin aparıcı klublarının bu sistemə uyğunlaşdırılmış stadionları seçilmişdir.
Terror həyacanı
Turnirin gedişində baş verən bir hadisə isə Avropanı silkələdi. Xüsusilə də UEFA ciddi narahatlıq və həyəcan keçirdi. Səbəb isə iyunun 16-da “Old Trafford”-da keçiriləcək C qrupunun Almaniya - Rusiya oyunundan bir gün əvvəl, yəni 15 iyunda Mançesterin mərkəzində bomba olan maşının partladılması idi. Hadisə nəticəsində ölən olmasa da, 212 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri aldı. Bu hadisədən sonra İngiltərə hökuməti oyunların keçirildiyi bütün şəhərlərdə və stadionlarda təhlükəsizliklə bağlı tədbirləri ikiqat gücləndirdi. Maraqlıdır ki, hadisədən 5 gün sonra Müvəqqəti İrlandiya Respublikası Ordusu (IRA) hadisənin onlar tərəfindən hazırlandığını etiraf edərək mülki şəxslərin xəsarət almasına görə üzüldüklərini bildirdilər.
Avropa çempionu qrupda qaldı, Çexiya sürpriz etdi
Qrup oyunları bir sıra maraqlı və gözlənilməz nəticələrlə yadda qaldı. A qrupunda ev sahibi İngiltərə açılış matçında gözlənilmədən İsveçrə ilə oyunda xal itirsə də, sonrakı oyunlarda Niderland Və Şotlandiyanı Rahat şəkildə məğlub edərək qrupdan lider kimi çıxmağı bacardı. Niderlandla Şotlandiya eyni xal toplasa da, daha çox qol vurduğu üçün niderlandlılar 2-ci pilləni tutaraq ¼ finala vəsiqə qazandı.
B qrupunda sensassiya baş verməsə də Rumıniya millisinin qrupda xal toplaya bilməməsi diqqət çəkdi. Qrupun qalibi 7 xalla Fransa millisi oldu. İspaniya isə 5 xalla ikinci oldu. 1994-cü il dünya çempionatının bürünc mükafatçısı Bolqarıstan da qrupda qaldı. Baxmayaraq ki, Xristo Stoiçkov hər üç oyunda fərqlənməyi bacarmışdı.
C qrupunda isə Almaniyanın qrupdan lider kimi çıxması gözlənilməz olmasa da, İtaliyanın qrupda qalması sensassiya sayıldı. Baxmayaraq ki, qrupdan ikinci kimi çıxan Çexiyanın da böyük futbol ənənələri var idi, amma italiyanlar istənilən halda qrupun favoriti hesab olunurdu. Lkain onlar ikinci turda çexiyaya uduzmaqla işlərini çətinə saldılar. Son turda onlar qrupdan çıxmağı təmin etmiş almanları məğlub etməli, digər oyunda isə ¼ finala çıxmaq şansını itirən Rusiyanın Çexiyanı büdrədəcəyinə ümid etməli idi. Ruslar bunu bacardılar və çexlərlə 3:3 oynadılar. İtaliya isə çox çalışsa da Almaniyanı məğlub edə bilmədi. Baxmayaraq ki, bunun üçün əla şansları da var idi. Belə Ştrunz 59-cu dəqiqədə qırmızı vərəqə alaraq almanları azlıqda qoymuşdu. Üstəlik, hakim Almaniya millisinin qapısına penalty də təyin etdi. Lakin Zola bu fürsəti də qaçırdı. Onun zərbəsini Köpke dəf etdi. Beləliklə, 10 nəfərə qalan almanlara qol vura bilməyən italiyanlar Rusiyanın Çexiyanı büdrətməsindən yararlana bilməyərək qrupda qaldılar.
D qrupunda isə son Avropa çempionu Danimarkanın qrup səddini dəf edə bilməməsi diqqət çəkdi. İlk turda güclü Portuqaliya ilə bərabərə qalan danimarkalılar ikinci turda gözlənilmədən tarixlırində ilk dəfə müstəqil ölkə kimi Avropa çempionatına qatılan Xorvatiyaya 0:3 hesabı ilə uduzdular. Son turda onlar Türkiyəni böyük hesabla məğlub edib Xorvatiyanın da Portuqlaiyanı məğlub etməsini gözləməli idi. Danimarkalılar türkləri 3 cavabsız qolla məğlub etməyi bacardı. Lakin Xorvatiya Portuqaliyaya qarşı bunu edə bilmədi və daha yaxşı oynayan portuqallar 3:0 hesablı qələbə ilə qrupdan lider kimi çıxdılar. Xorvatlar isə 2-ci pillə ilə ¼ finala vəsiqə qazandı. Türkiyə yığması isə Avropa çempionatlarında qrup sistemi tətbiq olunandan bəri qol vurmayan ilk komanda kimi tarixə düşdü.
Aşağı məsuldarlıq və çexlərin davam edən sürprizi
¼ final mərhələsinin oyunları aşağı məsuldarlıqla yadda qaldı. Belə ki, 4 oyunda qapılara cəmi 4 qol vuruldu kji, bunun da 3-ü Almaniya – Xorvatiya matçında baş tutdu. Xorvatlar oyunda hesabı açsalar da, daha təcrübəli almanlar iki qol vuraraq, yarımfinala vəsiqə qazanmağı bacardılar. Çexiya isə bu dəfə də sürprizə imza ataraq Portuqlaiyanı yolundan kənarlaşdırdı. Poborski vurduğu qol isə gözəlliyi ilə çoxlarını heyran etdi. Digər iki oyunda isə əsas və əlavə vaxtlarda qapılara qol vurulmayınca, qalibi penalti seriyaları müəyyən etdi. İngiltərə İspaniyanı (4:2), Fransa isə Niderlandı mübarizədən kənarlaşdırdı (4:5).
İngilislər dayandı, çexlər “davam” dedi
Yarımfinalda ev sahibi İngiltərə Almaniyaya rəqib oldu. Bu oyun çox gərgin mübarizə şəraitində keçdi. İngilislər 3-cü dəqiqədə Şirerlə erkən qol vursalar da almanlar 16-cı dəqiqədə Kuntsla bərabərliyi bərpa etdi. Bu hesab isə oyunun sonuna kimi dəyişmədi. Hakimin əlavə etdiyi vaxtda meydança sahiblərinin bir neçə reaı qol şansı olsa da onlar bundan yararlıana bilmədi və finalçını penalti seriyası müəyyənləşdirməli oldu. Burada isə almanlar daha soyuqqanlı, Köpke daha etibarlı oldu. Beləliklə, ev sahibi komanda turnirlə vidalaşdı, Almaniya isə finala çıxdı.
Digər yarımfinal matçında da qalibin adına oyun sonrası penaltilərlə aydınlıq gəldi. 120 dəqiqə qapısını toxunulmaz saxlayan Çexiya penaltiləru daha yaxşı yerinə yetirərək (6:5) finalda Almaniyanın rəqibi oldular.
Fotqusn xanımının “adamı” kubokun sahibini müəyyən etdi
Finalda Çexiya və Almaniya milliləri üz-üzə gəldi. Bu iki komanda qrupda da üz-üzə gəlmiş və almanlar rəqibini 2:0 hesabı ilə məğlub etmişdi. Bu dəfə isə sabki daş qayaya rast gəlmişdi. Maraq üçün qeyd edək ki, bu iki komanda 20 il öncə, 1976-cı il finalında da üz-üzə gəlmiş, həmin vaxt Mexoslavakiya adlanan çexlər rəqibini oyun sonrası penaltilərlə məğlub edərək, Avropa çempionu adını qazanmışdılar. Bu dəfə də çexlər bu uğuru təkrarlamağa yaxın idi. Oyunun ilk hissəsində hesab açılmadı. Çexiya millisi 1976-cı ilin Avropa çempionatındakı kimi qalib gəlməyi düşünürdü. Hesabı da onlar açdılar. Berger 59-cu dəqiqədə komandasını irəli çıxardı. Berger penaltidən fərqləndi. Almanların oyununun heç cürə alınmadığını görən baş məşqçi Berti Foqts həmin dönəm 29 yaşı olmasına baxmayaraq, heç kimin tanımadığı Oliver Birhoffu oyuna buraxdı. Birhoff isə meydançaya daxil olandan 3 dəqiqə sonra hesabı bərabərləşdirdi. Əlavə vaxtda isə o, dubl edərək komandasına Avropa çempionluğunu qazandırdı. O vaxt UEFA-nın tətbiq etdiyi “Qızıl qol qərarı var idi və hansısa komanda qol vururdusa, oyun o anda dayandırılırdı və qol vuran komanda qalib elan olunurdu.
Bu mənada Birhoffun 95-ci dəqiqədə vurduğu qolla oyun başa çatdı və almanlar 2:1-lik qələbə ilə çempion adını qazandılar. Bu arada, deyilənə görə.Fotqs Birhoffu Avropa çempionatına aparmağı düşünmürü. Lakin xanımı ondan xahiş etmişdi ki, “bu oğlanı komandaya götür, o sənə kömək edəcək”. Məhz xanımının sözündən sonra Fotqs həmin dönəm “Udineze”də forma geyinən Birhoffun adını son anda siyahıya salmışdı və sonrası da hər kəsə məlumdu.
A qrupu
İngiltərə - İsveçrə 1:1
Qollar: Alan Şirer, 23 – Kubilay Türkyılmaz, 83 (pen)
8 iyun, “Uembli” London, 76 567 tamaşaçı
Baş hakim: Manuel Diaz Veqa (İspaniya)
Niderland – Şotlandiya 0:0
10 iyun, “Villa Park”, Birmingem, 34 363 tamaşaçı
Baş hakim: Leyf Sandell (İsveç)
İsveçrə - Niderland 0:2
Qollar: Yori Kroyff, 66; Denis Berqkamp, 79
13 iyun, “Villa Park”, 36 800 tamaşaçı
Baş hakim: Atanas Uzunov (Bolqarıstan)
Şotlandiya – İngiltərə 0:2
Qollar: Şirer, 53; Qaskoyn, 79
9 iyun, “Uembli”, 76 864 tamaşaçı
Baş hakim: Pyerluici Payretto (İtaliya)
Şotlandiya – İsveçrə 1:0
Qol: Alli Makkoyst, 36
18 iyun, “Villa Park”, 34 926 tamaşaçı
Baş hakim: Vatslav Krondi (Çexiya)
Niderland – İngiltərə 1:4
Qollar: Patrik Klüvert, 78 – Alan Şirer, 57, 78 (pen); Teddi Şerringem, 51, 62
18 iyun, “Uembli”, 76 798 tamaşaçı
Baş hakim: Gerd Qrabher (Avstriya)
B qrupu
İspaniya – Bolqarıstan 1:1
Qollar: Alfonso Peres Munyos, 74 – Xristo Stoiçkov, 66 (pen)
8 iyun, “Elland Roud”, Lids, 24 006 tamaşaçı
Baş hakim: Pyero Çekkarini (İtaliya)
Rumıniya – Fransa 0:1
Qol: Kristof Düqarri, 25
10 iyun, “Sent Ceyms Park”, Nyukasl, 26 323 tamaşaçı
Baş hakim: Helmut kruq (Almaniya)
Bolqarıstan – Rumıniya 1:0
Qol: Xristo Stoiçkov, 3
13 iyun, “Sent Ceyms Park”, 19 107 tamaşaçı
Baş hakim: Peter Mikkelsen (Danimarka)
Fransa – İspaniya 1:1
Qollar: Yuri Corkayeff, 48 – Xose Luis Kaminero, 85
15 iyun, “Elland Roud”, 35 626 tamaşaçı
Baş hakim: Vadim Juk (Belarus)
Fransa – Bolqarıstan 3:1
Qollar: Loran Blan, 21; Lüdpslav Penev, 63 (avt.q); Patris Loko, 90 – Xristo Stoiçkov, 69
18 iyun, “Sent Ceym Park”, 26 976 tamaşaçı
Baş hakim: Dermot Qallaher (İngiltərə)
Rumıniya – İspaniya 1:2
Qollar: Florian Rodiçoyu, 29 – Xavyer Manharin Pereda, 11; Gilyermo Amor Martines, 84
18 iyun, “Elland Roud”, 32 719 tamaşaçı
Baş hakim: Ahmet Çakar
C qrupu
Almaniya – Çexiya 2:0
Qollar: Kristina Sige, 26; Andreas Müller, 32
9 iyun, “Old Trafford”, Mançester, 37 300 tamaşaçı
Baş hakim: Devid Ellrey (İngiltərə)
İtaliya – Rusiya 2:1
Qollar: Pyerluici Kaziragi, 2, 52 – İlya Sımbalar, 18
11 iyun, “Enfild”, Liverpul, 35 120 tamaşaçı
Baş hakim: Lesli Mottern (Şotlandiya)
Çexiya – İtaliya 2:1
Qollar: Pavel Nedved, 5; radek Beybl, 35 – Emriko Kyeza, 18
14 iyun, “Enfild”, Liverpul, 37 320 tamaşaçı
Baş hakim: Antonio Lopes Nyeto (İspaniya)
Rusiya – Almaniya 0:3
Qollar: Mattias Zammer, 56; Yurgen Klinsmann, 77, 90
16 iyun, “Od Trafford”, 50 760 tamaşaçı
Baş hakim: Kim Milton Nilsen (Danimarka)
Rusiya – Çexiya 3:3
Qollar: Aleksandr Mostovoy, 49; Omari Tetradze, 54; Vladimir Besçastnix, 85 – Yan Suxoparek, 5; Pavel Kuka, 19; Vladimir Smitser, 88
19 iyun, “Enfild”, 21 128 tamaşaçı
Baş hakim: Anders Frisk (İsveç)
İtaliya – Almaniya 0:0
19 iyun, “Old Trafford”, 53 740 tamaşaçı
Baş hakim: Gi Götals (Belçika)
D qrupu
Danimarka – Portuqaliya 161
Qollar: Brayan Laudrup, 22 – Rikardu Sa Pintu, 53
9 iyun, “Hilsboro” Şeffild, 34 993 tamaşaçı
Baş hakim: Mario van der Ende (Niderland)
Türkiyə - Xorvatiya 0:1
Qol: Qoran Vlaoviç, 86
11 iyun, “Siti Qraund”, Nottingem, 22 460 tamaşaçı
Baş hakim: Serj Mumenthaler (İsveçrə)
Portuqaliya – Türkiyə 1:0
Qol: Fernandu Koutu, 66
14 iyun, “Siti Qraund”, 22 670 tamaşaçı
Baş hakim: Şandor Pul (Macarıstan)
Xorvatiya – Danimarka 3:0
Qollar: Davod Şuker, 54 (pen), 90; Zvonimir Boban, 81
16 iyun, “Hilsboro”, 33 671 tamaşaçı
Baş hakim: Mark Batta (Fransa)
Xorvatiya – Portuqaliya 0:3
Qollar: Juan Pintu, 33; Luis Fiqu, 54; Dominquş Pasiyense, 82
19 iyun, “Siti Qraund”, 20 484 tamaşaçı
Baş hakim: Bernd Haynemann (Almaniya)
Türkiyə - Danimarka 0:3
Qollar: Brayan Laudrup, 50, 84; Allan Nilsen, 69
19 iyun, “Hillsboro”, 28 951 tamaşaçı
Baş hakim: Nikolay Levnikov (Rusiya)
¼ final
İngiltərə - İspaniya 0:0 (pen 4:2)
22 iyun, “Uembli”, 75 440 tamaşaçı
Baş hakim: Mark Batta (Fransa)
Niderland – Fransa 0:0 (pen 4:5)
22 iyun, “Enfild”, 37 465 tamaşaçı
Baş hakim: Antonio Lopes Nyeto (İspaniya)
Almaniya – Xorvatiya 2:1
Qollar: Klinsmann, 20 (pen); Zammer, 59 – Şuker, 51
23 iyun, “Old Trafford”, 43 412 tamaşaçı
Baş hakim: Leyf Sandell (İsveç)
Çexiya – Portuqaliya 2:1
Qollar: Podolski, 53
½ final
Fransa – Çexiya 0:0 (pen 5:6)
26 iyun, “Old Trafford”, 43 877 tamaşaçı
Baş hakim: Lesli Mottrem (Şotlandiya)
İngiltərə - Almaniya 1:1 (pen 5:6)
Qollar: Şirer, 3 – Kunts, 16
26 iyun, “Uembli” 75 862 tamaşaçı
Baş hakim: Şandor Pul (Macarıstan)
FİNAL
Almaniya – Çexiya 2:1
Qollar: Birhoff, 73, 95 – Berger, 59 (pen)
30 iyun, “Uembli”, 73 611 tamaşaçı
Baş hakim: Pyerluici Payretto (İtaliya)
Heyətlər:
Almaniya: 1. Andreas Köpke, 6. Matias Zammer, 14. Markus Babbel, 5. Tomas Helmer, 19. Tomas Ştrunz, 17. Kristian Zige, 21. Diter Eilst (3. Marko Bode, 46), 8. Mehmet Şoll (Oliver Birhoff, 69), 10. Tomas Hasler, 18. Yurgen Klinsmann (k), 11. Stefan Kuntz
Baş məşqçi: Berti Foqts
Çexiya: 1. Petr Kouba, 5. Miroslav Kadleç (k), 15. Mixal Hornak, 3. Yan Suxoparek, 4. Pavel Nedved, 13. Radek Beyl, 19. Karel Rada, 8. Karel Poborski (17. Vladimir Şmiçer, 88), 14. Patrik Berger, 7. Jiri Nemeç, 9. Pavel Kuka
Baş məşqçi: Duşan Uhrin
Hazırladı: Anar Xanlarov