![photo](https://www.rekord.az/images/default.png)
TƏBİB və Operait Qərargaha Ukrayna modeli FOTO
- 13 Mar 2021 13:00
- 759
Artıq 1 ilə yaxındır ki, Azərbaycanda bütün idman zalları bağlıdır. Operait Qərargah açılmasına icazə və imkan vermir. TƏBİB-in tövsiyyələrinə, məlumatlarına söykənərək. Halbuki Avropada camaat idman zallarında yarışlar keçirir. Dünən eşitdim ki, karateçilərimiz Türkiyəyə turnirə yollanacaq. Yəni bir addımlığımızda olan Türkiyədə nəinki zallar açıqdır, hətta turnirlər də keçirilir. Deyilənə görə, Rusiyada da hər gün toydur. Qapalı məkan bir yana, bizdə heç açıq havada da azarkeşləri futbol matçlarına buraxmırlar. Onsuz da oyunlara gedən yoxdur. Bu mənada sosial məsafəni gözləməklə stadionlara az sayda da olsa, azarkeş buraxmaq olar. Amma buraxılmır, heç adını da tutan yoxdur.
Paylşaşdığım foto ötən gün Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində Ukraynada keçirilən "Dinamo" Kiyev - "Vilyarreal" matçından çəkilib. Oyun azarkeşlərin iştirakı ilə keçirilib. Özü də, babat azarkeş də gəlib. Fotodan da bunu görmək olur. Bu, o Ukraynadır ki, gündəlik yoluxma sayı 12-13 min, ölüm sayı isə 200-300-dür. Yənu bizdən 20 dəfə yüksək göstəricidir. Halbuki, Ukraynanın əhalisi bizdən 4 dəfə çoxdur (41 milyon). Amma gördüyünüz kimi, bu ölkədə azarkeşlər stadionlara rahat şəkildə gəlib öz komandalarına azarkeşlik edə bilirlər. Bizim azarkeşlər isə stadionun yolunu belə yaddan çıxardıb. 1 il az müddət deyil. Hər halda, TƏBİB və Operativ Qərargah ən azı bu fotoya baxıb başa düşər ki, insanları basqı, qorxu, karantin altında saxlamaqla müsbət heç nəyə nail olmaq olmaz. Qaydalara ciddi əməl olunmaq şərti ilə bizim insanlara da rahat yaşamaq imkanı verilməlidir. İnsanlar idman zallarına, stadionlara həsrət qalmamalıdır. Ukraynada çəkilən bu foto da əyani sübut ola bilər.
Anar XANLAROV