Futbol üzrə İran çempionatında 16-cı turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən “Traktor”la “Maşinsazi” də növbəti matçına çıxıb.

“Traktorçular” doğma meydanda “Naft MİS” ilə qarşılaşıb və minimal hesabla üstün olub – 1:0. 

Təbrizin digər təmsilçisi isə “Maşinsazi” səfərdə “İstiqlal”la üz-üzə gəlib. Bu oyun da təbrizlilərin qələbəsiylə yekunlaşıb - 2:1.

“Traktor” hazırda 24 xalla 16 kollektiv arasında 6-cı, “Maşinsazi” isə 22 xalla 9-cu pillədə qərarlaşıb.