![photo](https://www.rekord.az/storage/uploads/5/iran.jpg)
Təbriz klublarından biri evdə, digəri səfərdə uduzdu
- 19 Mar 2021 13:30
- 570
Futbol üzrə İran çempionatında 18-ci turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən “Traktor”la “Maşinsazi” də növbəti matçına çıxıb.
“Traktor” səfərdə “Sepahan”la qarşılaşıb. Təbriz klubu bu oyundan məğlubiyyətlə ayrılıb - 0:2.
Təbrizin digər təmsilçisi “Maşinsazi” isə “İstiqlal”la ev oyununda 0:2 hesabıyla uduzub.
18 turdan sonra 26 xalı olan “Traktor” 16 kollektiv arasında 5-ci, 9 xala malik “Maşinsazi” isə sonuncu pillədə qərarlaşıb.