Futbol üzrə İran çempionatında 28-ci turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən “Traktor”la “Maşinsazi” də növbəti matçına çıxıb.

“Maşinsazi” doğma meydanda “Pars Janoobi Jam” ilə qarşılaşıb və heç-heçəyə razılaşıb - 1:1.

Təbrizin digər təmsilçisi “Traktor” isə səfərdə “Şahin Buşəhr”lə üz-üzə gəlib. Bu oyunda da qalib müəyyənləşməyib – 0:0.

“Traktor” hazırda 47 xalla 16 kollektiv arasında 3-cü, “Maşinsazi” isə 28 xalla 13-cü pillədə qərarlaşıb.