Futbol üzrə İran çempionatında 23-cü turun oyunları keçirilib. 

Rekord.az xəbər verir ki, Cənubi Azərbaycanın elitadakı təmsilçisi “Maşinsazi” də növbəti matçına çıxıb.

Təbriz klubu səfərdə “Naft MİS” ilə qarşılaşıb. Cənubi Azərbaycan təmsilçisi bu görüşdən məğlubiyyətlə ayrılıb – 0:1.

Təbrizin daha məşhur “Traktor” klubu isə bu tur doğma meydanda “Sanat Naft”la qarşılaşıb – 2:0.

“Traktor” hazırda 40 xalla 16 kollektiv arasında 4-cü, “Maşinsazi” isə 24 xalla 10-cudu.