Futbol üzrə İran çempionatında 2-ci turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Maşinsazi” də növbəti matçına çıxıb.

Sözügedən komanda doğma meydanda “Zobahan”la qarşılaşıb. Təbriz klubu bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.

Xatırladaq ki, Təbrizin daha məşhur “Traktor” klubu bu turda “Nassaji Mazandaran”la səfər oyununda heç-heçəyə razılaşıb - 1:1.

İki turdan sonra 2 xalı olan “Traktor” 16 kollektiv arasında 10-cu, 1 xala malik “Maşinsazi” isə 13-cü pillədə qərarlaşıb.