Futbol üzrə İran çempionatında yeni mövsümə start verilib.

Rekord.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Maşinsazi” də 2020/21 mövsümündə ilk matçına çıxıb.

Sözügedən komanda səfərdə “Şəhr Xodru” ilə qarşılaşıb. Təbriz klubu bu oyundan məğlubiyyətlə ayrılıb - 0:3.

Xatırladaq ki, Təbrizin daha məşhur “Traktor” klubu ilk turda “Naft”la ev oyununda qolsuz heç-heçəyə razılaşıb.