Tehran Məmmədov Azərbaycan çempionu oldu
- 09 Apr 2022 21:41
- 560
Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən kişilər və qadınlar arasında ağır atletika üzrə Azərbaycan çempionatı davam edir.
Rekord.az xəbər verir ki, Azərbaycan Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-dən çox atlet qüvvəsini sınayır.
Kişilər arasında çəkisi 61 kq-a qədər olan idmançılar da qaliblərin adına aydınlıq gətiriblər.
Toplam 250 kq (115+135) çəkinin öhdəsindən gələn Tehran Məmmədov qızıl medala sahib çıxıb. Toplam 226 kq (101+125) nəticə ilə Rüstəm Qasımov ikinci, toplam 222 kq (97+125) nəticə ilə Qasım İsmayılov üçüncü yeri tutublar.