Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən idman mərkəzlərinin futbol komandaları bu mövsüm AFFA-nın bayrağı altında keçirilən yarışlarda iştirak etməyəcək.

Rekord.az xəbər verir ki, bununla bağlı bir müddətdir davam edən qeyri-müəyyənliyə, nəhayət ki, son qoyulub.

Nazirlik onlara maliyyə ayırmağı lazım bilməyib. Qərar onunla əsaslandırılıb ki, büdcə daha öncədən müəyyənləşdirilib və «əlavə xərclər» bölümündə bu da nəzərdə tutulmayıb.

Problem ondan qaynaqlanır ki, AFFA dövlət qurumunun nəzdində olan UĞİM-lərə ayırdığı həftəlik ödənişləri ləgv edib.

Müxtəlif yaş qrupları üzrə ölkə çempionatında mübarizə aparan kollektivlər həftəiçi və həftəsonu keçirilən oyunlarda iştiraka görə 40-60 manat civarında vəsait alırdı. Bundan sonra nazirlik komandaları yalnız Təhsil Nazirliyinin daxili çempionat və turnirlərində iştirak edəcək.