Telekanallardan Liqa 1-ə böyük zərbə
- 02 Apr 2020 16:40
- 613
Futbol üzrə Fransa çempionatının teleyayımını həyata keçirən telekanallar pul ödənişini dayandırıb.
Rekord.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Məlumatda, “beİNSports” və “Canal+” telekanallarının koronavirus Liqa 1 və Liqa 2-yə pul ödənişini dayandırdığı bildirilib.
Buna səbəb koronavirus pandemiyası səbəbiylə turnirlərin dayandırılmasıdı. Telekanallar pandemiya səbəbiylə yaranan iqtisadi çətinliyi azaltmaq üçün bu addımı atıblar.