Tellur yarımfinala ümidini üzməyib
- 03 Fev 2021 13:52
- 641
"Oyundu, daha yaxşı oynayan tərəf rəqib idi. "Səbail" zəif komanda deyil ki, onları rahat udaq. Bizə imkan vermədilər oynamağa. Müdafiəni yaxşı qurmuşdular. Ələn düşən fürsəti yaxşı dəyərləndirdilər. Amma biz imkanlardan istifadə edə bilmədik".
Rekord.az xəbər verir ki, bu sözləri sportinfo.az-a açıqlamasında "Sumqayıt"ın yarımmüdafiəçisi Tellur Mütəllimov Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində "Səbail"ə 0:1 hesablı məğlubiyyətdən danışarkən deyib.
Həm də milli komandamızın üzvü olan futbolçu iko fərqli hissə keçirmələrini belə izah edib:"Bəzən olur ki, komandada oyun alınmır.
Fasilədə məşqçi öz tapşırıqlarını verdi və ikinci hissə oyunumuz düzəldi. İlk hissə "Səbail" daha hazırlıqlı, əzimkar mübarizə aparırdı. Biz hələ ayılmamışdıq, bir qədər gec ayıldıq".
O, səfər oyununa mərhələni keçmək üçün gedəcəklərini bildirib: "1-0 hesabı o qədər böyük fərq deyil. Hər halda 3-0, 4-0 deyil.
Şanslarımız var. Səfərdə qol vurub, oyunu dəyişə bilərik. Cavab görüşünə təslim olmağa getmirik. Mərhələni keçmək üçün gedəcəyik".