"Qusar" 2023-24-cü il ölkə kubokunun ilk təsnifat mərhələsi çərçivəsində noyabrın 18-də "Şahdağ"a qarşı keçirilən matçda Təmkin Xəlilzadənin xidmətindən istifadə edə bilməyəcək.

Rekord.az xəbər verir ki, buna səbəb futbolçunun cəzaıı durumda olmasıdır.

Belə ki, Xəlilzadə "Zirə"də forma geyindiyi vaxt 2022-23-cü il mövsümünün 1/4 final mərhələsinin "Neftçi" ilə keçirilən cavan matçında qırmızı vərəqə aldığı üçün bu mövsümün ilk kuboku matçını buraxmaq məcburiyyətindədir.