Təmkin Xəlilzadə peşmandı: “Hisslərimə hakim olmağı öyrənməliyəm”
- 21 Okt 2019 21:00
- 801
“Sabah”ın müdafiəçisi Təmkin Xəlilzadə Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində qarşılaşdıqları “Keşlə” ilə oyundan sonra baş verənlərə münasibətini açıqlayıb.
Rekord.az xəbər verir ki, matç bitəndən sonra baş hakimə kəskin etirazları səbəbindən qırmızı vərəqə alan millimizin futbolçusu sosial şəbəkə hesabında bunları yazıb:
“Keşlə” oyundan sonra görüşün hakimi Kamal Umudlu ilə aramızda yaşanan olay məni çox məyus etdi. Əslində, normal tərzdə fikirlərimi çatdırmaq istədim ona. Ola bilər bir az emosional alındı. Onun mənə qırmızı vərəqə göstərməsindən sonra isə özümü saxlaya bilmədim. Yaxşı anlayıram ki, milli komandanın və “Sabah”ın futbolçusu kimi emosiyalarımı cilovlamağa çalışmalıyam. Əvvəllər də qırmızı vərəqə almışam, amma heç vaxt bu qədər aqressiv olmamışam. Hakimə hirsimi bildirməkdənsə, hisslərimə hakim olmağı öyrənməliyəm. Xüsusən milli komandada son oyunlarda vurduğum qollar məni lap həvəsləndirir. Belə bir məqamda belə bir hadisə olmamaydı kaş! Xeyirlisi!”