Türkiyənin Balıkesir şəhərində təşkil olunan çimərlik voleybolu üzrə “Bioderma Pro Beach Tour” açıq çempionatı başa çatıb. "Rekord.az" xəbər verir ki, 5-7 iyul tarixlərində keçirilən yarışda ölkəmiz həm qadın, həm də kişilərin mübarizəsində təmsil olunub.

Açıq çempionatda 2 qadın (Fidan Əhmədxanova/Nərmin Səmədzadə, Çinarə Quliyeva/ Larisa Smeltsova), 3 kişi (Heydər Məmmədli/Fərda Dünyayev, Nəriman Bayramlı/Məhəmməd Aslanlı, Akşin Ağazadə/İbrahim Məmmədov) komandamız iştirak edib. Ümumilikdə 20 qız, 20 oğlan komandasının iştirak etdiyi yarışda qızlarımız komanda hesabında 5-ci, oğlanlarımız isə 6-cı olublar.

Qeyd edək ki, çimərlik voleybolçularımız növbəti yarışda iştirak etmək üçün sabah Gürcüstana yola düşəcəklər. Qızlarımız və oğlanlarımız 11-14 iyul tarixlərində Kaçreti şəhərində təşkil olunacaq 18 yaşlıların (U-18) Avropa çempionatında iştirak edəcəklər.