Çimərlik voleybolçularımız daha bir beynəlxalq yarışda iştirak edəcəklər. "Rekord.az" xəbər verir ki, bu gün Latviyada çimərlik voleybolu üzrə qızlar və oğlanlar arasında Şərqi Avropa Zonal Assosiasiyası (EEVZA ) U-18 çempionatı start götürür. Riqa şəhərində təşkil olunan çempionatda ölkəmizi Oqtay Qasımov-Camal Cəlilov və Məhəmməd Aslanlı-Nəriman Bayramlıdan ibarət iki komandamız təmsil edir.

Qeyd edək ki, 9 avqustda başa çatacaq yarışda voleybolçularımız Cəlil Baxtiozinin baş məşqçiliyi ilə yarışacaqlar.

Komandalarımızın meneceri isə AVF-nin çimərlik voleybolu üzrə milli komandanın meneceri Valeriya Romanoviçdir.