Ölkəmizi "Challenge Cup"da təmsil edən voleybolçu kişilərdən ibarət "Xarıbülbül Şuşa" klubu yarışda son oyununu keçirib. "Rekord.az" xəbər verir ki, komandamız 1/16 finalda mübarizəni dayandırıb.

Şuşa klubunun bu mərhələdəki rəqibi Yunanıstanın "Panathinaikos ATHENS" kollektivi olub. Cütün ötən həftə Bakıda baş tutan ilk görüşündə məğlub olmuş təmsilçimiz cavab matçında mütləq qələbə qazanmalı idi. Lakin voleybolçularımız yalnız bir setdə fərqlənə biliblər. 4 hissə davam edən qarşılaşmada komandamız 1:3 hesabı ilə uduzaraq avrokubokla vidalaşıb.

 


Challenge Cup

1/16 final mərhələsi (cavab oyunu)

   “Panathinaikos ATHENS” - “Xarı Bülbül Şuşa” 3:1 (25:16, 25:12, 23:25, 25:16)

1-ci oyunun nəticəsi

   “Xarı Bülbül Şuşa” - “Panathinaikos ATHENS” 0:3 (20:25, 17:25, 20:25)