Təmsilçimiz Avropa kubokunda daha bir qızıl medal qazandı
- 14 Okt 2024 11:41
- 299
Çimərlik voleybolu üzrə kişilərdən ibarət ”AZERRAIL” klubu da “Avropa Kuboku”nun qalibi olub. "Rekord.az" xəbər verir ki, təmsilçimiz finalda İspaniyanın “CVP Poniente Benidorm Alicante“ komandasına qalib gələrək çempion olub.
Fransanın Montpellier şəhərində təşkil olunan yarışın finalında komandalar arasında iki görüş keçirilib. Bir oyunda “AZERRAIL”, digərində isə rəqib qalib gəlib. Ardınca çempionu müəyyən etmək üçün keçirilən qızıl setdə 15:12 hesabı ilə üstün olan təmsilçimiz “Avropa Kuboku”nun qalibi adını qazanıb.
Qeyd edək ki, komandamız yarışda keçirdiyi bütün görüşlərdə qalib gəlib. Qrup mərhələsində Fransanın “Re Beach” və Sloveniyanın “BVC Ludus”, 1/4 finalda Ukraynanın “Sunrise Beach Sports Academy”, yarımfinalda Fransanın “Montpellier Beach Volley” komandasına qalib gəlmişdir.
13 oktyabr
Final (kişilər)
“AZERRAIL” - “CVP Poniente Benidorm Alicante“ (ESP) 2:1 (17:21; 21:14; 15:12)
“AZERRAIL” - “CVP Poniente Benidorm Alicante“ (ESP) 1:2 (21:19; 16:21; 14:16)
Qızıl set- 15:12