Tənqidlər Ramil Şeydayevi narahat etmir: "Sabah qol vursam..."
- 15 Okt 2020 17:00
- 726
Azərbaycan millisiniçusu Ramil Şeydayev Millətlər Liqası çərçivəsində Kiprlə 0:0 başa çatan oyunu şərh edib.
Rekord.az xəbər verir ki, hücumçu xal itkisinin səbəbini bu cür izah edib: "Oyunumuzdan razı qaldım, yaxşı oynadıq, çoxsaylı qol epizodları yaratdıq. Yeganə çatışmayan məqam qol vura bilməməyimiz oldu. Baxmayaraq ki, bir neçə dəfə bu cür imkanımız oldu. Qələbə qazana bilməməyimiz çox pis oldu"
24 yaşlı futbolçu öz oyunundan da narazı qalıb: "Daha çox komandamızın layiq olduğu qələbəni qazana bilməməsinə üzüldüm. Tənqidlərə gəlincə, bu, tənqidçilərin işidir. Bu, məni narahat etmir, çünki bilirəm ki, sabah qol vursam, onlar yenə mənim haqqımda yaxşı sözlər deyəcək. Mən özüm bilirəm ki, daha çox nəyin üzərində işləmək lazımdır və bunu edəcəm. Bəli, biz oktyabrdakı oyunlardan tamam başqa nəticələr gözləyirdik, amma cəmi 1 xal qazandıq. Halbuki, hər iki oyunu udmağı düşünürdük. Ümid edirəm ki, növbəti oyunlarda qəöləbə qazanacağıq" (azerisport.com)