Tanınmış türkiyəli mütəxəssis Fatih Terim “Qarabağ”ın dəvəti ilə ölkəmizə gəlib.


Rekord.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.


Fəxri qonaq “Qarabağ” Futbol Klubunun təşəbbüsü ilə Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində təşkil olunacaq futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansının yaradılması ilə bağlı tədbirdə iştirak edəcək.


Təcrübəli mütəxəssisin sabah jurnalistlər üçün brifinqi təşkil olunacaq. Alyansın yaradılması ilə bağlı tədbirdən sonra keçiriləcək görüş Yaşıl zonada baş tutacaq. Terimin jurnalistlərlə görüşü saat 17:00-da başlayacaq. Brifinq bütün mətbuat nümayəndələri üçün açıq olacaq.