"Qalatasaray"ın baş məşqçisi Fatih Terimi "Twitter"də təhqir edən Ünal Y. adlı şəxs 740 lirə (215 manat) cərimələnib.

Rekord.az xəbər verir ki, bu barədə qərarı İstanbul 47-ci Asliye Cəza Məhkəməsi çıxarıb.

Terimin vəkili 23 yaşlı gəncə 3 ya 15 gündən 2 il 4 aya qədər cəza tələb edirdi.