Türkiyəli mütəxəssis Fatih Terimin Səudiyyə Ərəbistanının "Əl-Şabab" klubuna baş məşqçi təyinatı rəsmiləşib.


Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.


Klub sosial şəbəkə hesabındakı paylaşımında türkcə "Merhaba, İmperator" yazılıb.


Həmçinin türkcə əlavə edilib:  "Əl-Şabab"ın hekayəsi İmperator ilə davam edir"


71 yaşlı mütəxəssis son olaraq Yunanıstanda "Panatinaikos" klubunu çalışdırıb.