Tərlan Əhmədov: “Bu da bir təcrübə oldu”
- 20 Dek 2019 22:09
- 818
“Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan kubokunun 1/4 final mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri cavab oyununu (1:3, ilk oyun 0:1) şərh edib.
Rekord.az xəbər verir ki, o, matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
“Bilirdim ki, bu oyun daha ağır olacaq. Bu meydanda ilk dəfə məğlub olduq. İtkilərimiz vardı, Kamaranın da səhhətində problem ortaya çıxıb, həkimlər də səbəbi bilmirlər. Komanda məğlub olsa da, futbolçuların mübarizəsindən razı qaldım. Gənc futbolçular meydanda idi. Artıq bütün fikrimizi istirahətə və yeni ildə başlayacaq Premyer Liqanın qalan hissəsinə yönəldəcəyik. Bu da təcrübə oldu. Qış fasiləsində komandada müəyyən dəyişikliklər olacaq. Bir transfer artıq tamamlanıb. Daha bir hücumçu axtarırıq. 2 yeni futbolçu olacaq, ola bilər 3 olsun. Amma eyni zamanda, komandadan gedən futbolçular da olacaq. Kimlərin gedəcəyini indi açıqlaya bilməyəcəm. Yaxın günlərdə bu barədə açıqlama veriləcək”. (komanda.az)