
Tərlan Əhmədov daha 3 legioner istəyir
- 2022-11-24 13:00
- 373
Son vaxtlar işləri qaydasına düşən "Kəpəz" ölkə kubokunda da uğurla çıxış edir.
Rekord.az xəbər verir ki, 1/8 finalda "Sumqayıt"ı mübarizədən kənarlaşdıran Tərlan Əhmədovun komandası 1/4 finala vəsiqə qazanıb.
Əhmədov heyətə əl gəzdiriləcəyi halda, nəticələrin bundan da yaxşı olacağına rəhbərliyi inandırmaq istəyir. Baş məşqçi qış transfer pəncərəsi zamanı daha 3 legionerin alınmasını vacib sayır. Bununla bağlı klub rəhbərliyinə də məlumat çatdırılıb. Lakin "Kəpəz" rəhbərliyi hələlik bu istəyə dəqiq cavab verməyib. Çünki hər şey qışda ayrılacaq büdcədən asılı olacaq.