Son günlər Kamran Ağayevin yenidən karyerasını bərpa etməsi ilə bağlı xəbərlər dolaşır.

 

Rekord.az-a daxil olan məlumata görə, sabiq klubu “Keşlə” də on un xidmətində maraqlıdır.

 

Hətta bizə daxil olan məlumata görə, baş məşqçi Tərlan Əhmədov Kamranı yenidən “Keşlə”yə dəvət edib. Komandanın hazırkı qapıçılsı Stanislav Namaşko hazırda Moldovadadır və karantin qaydalarına görə Bakıya qayıda bilmir. Üstəlik, Moldovada da ölkə xaricinə giriş-çıxış qadağası davam edir və ehtimal var ki, bu qadağa iyulun 1-ə kimi uzadılsın. Bu isə “Keşlə”nin planlarına uyğun deyil.